Ən çox silahı hansı ölkə alıb?

Ən çox silahı hansı ölkə alıb? Ölkələr ötən il bunun üçün 65 milyard dollar pul xərcləyib

Dünya silah bazarına tələbat 2015-ci ildə son 10 ilin ən maksimal göstəricisinə çatıb. 2014-cü illə müqayisədə ötən il silaha tələbat 10% artıb və ona xərclənən vəsait 65 milyard dollar həcmində olub.
Məlumata görə, ən çox silahı Səudiyyə Ərəbistanı alıb. Eyni zamanda silaha tələbat Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində də artıb. Səudiyyə Ərəbistanı ötən il "F-15" qırıcı təyyarəsi və "Apache" helikopterləri alıb. Krallıq eyni zamanda ordusunun arsenalını zənginləşdirmək üçün digər silah-sursatlar da alıb. Bu ölkə silahlara 9,3 milyard dollar xərcləyib.
Bununla da Səudiyyə Ərəbistanı 2015-ci ildə ən çox silah alanlar arasında ilk yeri tutur. Silah almağa görə ikinci yerdə Hindistan, üçüncü yerdə Avstraliya qərarlaşıb.

Ən çox silahı hansı ölkə alıb?
2015-ci ildə ən çox silah alan ölkələr

2015-ci ildə 46,5 milyard dollarlıq silah satışının həyata keçirilməsi isə dünyada münaqişə ocaqlarının çoxalması ilə əlaqələndirilir. Geridə qoyduğumuz il əsasən Yaxın Şərqdəki münaqişələrlə yadda qalıb.
2015-ci il ərzində ABŞ dünya dövlətlərinə təxminən 46,6 milyard dollarlıq silah satıb. Bu silahların böyük hissəsi isə Yaxın Şərq regionu dövlətlərinə satılıb. Statistikaya nəzər salsaq, ABŞ-ın 2014-cü ildə 12,4 milyard, 2013-cü ildə 18,8 milyard dollar civarında silah satdığını görərik.
Silah ixracına görə isə Rusiya ikinici yerdədir. Ondan ən çox silah alan isə İrandır.
Ekspertlər proqnoz verirlər ki, neft ixrac edən ölkələr yaxın üç il ərzində aldıqları silahın həcmini azaldacaqlar. Buna səbəb isə neftin qiymətindəki ucuzlaşmadır.

Tehsil-press.az

Oxşar xəbərlər