Rusiyalıların bu ölkəyə axını başlayacaq - Beşillik viza verilir

Rusiyalıların bu ölkəyə axını başlayacaq - Beşillik viza verilir Hindistan hökuməti Rusiya vətəndaşlarına 5 illik vizaların verilməsinə icazə verib.

Təhsil-press.az-ın məlumatına görə, bunu Hindistanın Rusiyadakı səfiri Pankac Saran deyib. Onun sözlərinə görə, tərəflər arasında viza rejiminin sadələşdirilməsi proseduru iki il əvvəl başlayıb.
Bundan başqa, Rusiya vətəndaşları üçün elektron viza sistemi də tətbiq olunacaq. Bu sistem vasitəsilə səfirlik və ya konsulluğa getmədən viza üçün sənədləri təqdim etmək mümkün olacaq.

Təhsil-press.az

Oxşar xəbərlər