Sürücülərə BƏD XƏBƏR - Buna görə cərimələnə bilərsiniz

Sürücülərə BƏD XƏBƏR - Buna görə cərimələnə bilərsiniz Əksər sürücülərin necə gəldi avtomobil idarə etməsindən çox danışmışıq. Bu dəfə isə xəbərdaredici dönmə siqanlını yandırmayan sürücülərdən danışacağıq. Hətta bəziləri bu işıqların nasaz olduğunu bilə-bilə yola çıxırlar. Çünki bu qayda pozuntusu hesab olunur. Belə sürücüləri nə qədər cərimə göləyir?

Bəziləri ya yandırmır, ya da səhv istiqamətə yandırır. Kiçik bir ehtiyatsızlığın qəza ilə nəticələndiyini çox görmüşük. Ağır qəzaların baş verməsinin bir səbəbi də xəbərdaredici dönmə işığının yandırılmaması ilə bağlıdır. Sürücülər, qeyri-peşəkarların yolda təhlükə yaratdığını deyirlər.
Tehsil-press.az bildirir ki, polis xəbərdaredici dönmə siqnalından istifadə etməyən sürücüləri aşkarladıqda saxla əmri verə bilər. Çünki, qanun belə sürücülərin qarşısında məsuliyyət qoyur.
Nasaz dönmə işıqları ilə yola çıxan sürücü isə 50 manat miqdarında cərimə olunur.
Ekspertlər sürücülərə avtomobillə yola çıxmamışdan əvvəl dönmə işıqlarının saz vəziyyətdə olub olmadığı yoxlamağı tövsiyyə edir.

Tehsil-press.az

Oxşar xəbərlər