Azərbaycan Baş Dövlət Yol Polis İdarəsi ölkədə isti havaların keçməsi ilə bağlı sürücülərə müraciət edib.
İdarədən Tehsil-press.az-a verilən məlumata görə, son günlər respublikanın avtomobil yollarında günorta saatlarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlilinə əsasən qəzaların sürücülərin məhz sükan arxasında yuxuya getmələri səbəbindən baş verməsini, eləcə də sabahdan ölkə ərazisində havaların isti keçəcəyi, hətta bəzi yerlərdə temperaturun 42 dərəcəyə yüksələcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən xahiş edir ki, günün isti vaxtlarında soyuducu sistemlərlə təchiz olunmamış və istismar müddəti çox olan avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmasınlar.
Təxirəsalınmaz hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük versinlər, iqlim şəraitinə uyğun olmayan fərdi minik avtomobillərindən isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə etsinlər.
Tehsil-press.az