Donald Тramp Merkelin əlini sıxmaması məsələsinə aydınlıq gətirib

Donald Тramp Merkelin əlini sıxmaması məsələsinə aydınlıq gətirib ABŞ prezidenti Donald Тramp Almaniya kansleri Angela Merkel ilə görüşündə onun əlini sıxmadığının səbəbini açıqlayıb.

Təhsil-press.az-ın verdiyi məlumata görə, Tramp bu haqda Associated Press Agentliyinə müsahibəsində bildirib.
Tramp deyib: "Həmin vaxt sanki kimsə qışqırdı: "Onun əlini sıxın, onun əlini sıxın", amma mən eşitmədim. Bilirsiniz, biz uzun müddət bir yerdə olmuşuq, və mən onun əlini dörd dəfə sıxmışam".
ABŞ prezidenti qeyd edib ki, onunla Merkel, NATO və immiqrasiya məsələlərində olan fikir ayrılığına baxmayaraq, böyük anlaşmaya nail ola biliblər.

Təhsil-press.az

Oxşar xəbərlər