"Biz istəyirik ki, fəxri ad üçün namizədliyini təqdim edəcəyimiz insanlar uzun müddətli fəaliyyət göstərən insanlar olsun".
Bunu Təhsil-press.az-a Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşıdan gələn milli mətbuatımızın 140 illiyi ilə bağlı hazırlıq işlərinə münasibət bildirirərkən deyib.
Ə.Amaşov qeyd edib ki, Azərbaycan Mətbuat Şurasına il ərzində çoxsaylı müraciətlər daxil olur: "Bu müraciətlərin xeyli hissəsi jurnalistlərin fəxri adlar alması ilə bağlıdır. Bu vaxta qədər təxminən 250-ə yaxın jurnalistin fəxri ad alması ilə bağlı Mətbuat Şurasına müraciət daxil olub. Biz istəyirik ki, fəxri ad üçün namizədliyini təqdim edəcəyimiz insanlar uzun müddətli fəaliyyət göstərən insanlar olsun. Azərbaycanda elə insanlar var ki, onlar 30, 50 il, bəlkə də daha çox bu sahədə fəaliyyət göstəriblər. Ancaq ya onlar özləri heç bir təşkilat qarşısında məsələ qaldırmayıblar, ya hansısa səbəbdən fəxri ad almayıblar. Bizim məqsədimiz odur ki, məhz həmin insanları axtaraq tapaq, qiymətləndirək. Mən elə hesab edirəm ki, bu, başqaları tərəfindən də kifayət qədər ədalətli qiymətləndiriləcək".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq, milli mətbuatımızın 140 illik yubileyi yüksək səviyyədə qeyd ediləcək.
Təhsil-press.az