Azərbaycan Prezidentinə Həştərxan Dövlət Universitetinin Fəxri Professoru adı verilib

Azərbaycan Prezidentinə Həştərxan Dövlət Universitetinin Fəxri Professoru adı verilib Həştərxan Dövlət Universitetində (HDU) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu ali məktəbin Fəxri Professoru adı verilməsinə həsr edilmiş mətbuat konfransı keçirilib.
Tehsil-press.az-ın xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin təhsil sahəsində Azərbaycanla Həştərxan vilayəti arasında fəal inkişaf etməkdə olan qarşılıqlı əlaqələrə, Azərbaycanın Rusiya ilə, o cümlədən Həştərxan regionu ilə əlaqələrinin inkişafına verdiyi böyük töhfə nəzərə alınaraq HDU-nun Elmi Şurasının 24 oktyabr 2016-cı il tarixli iclasında ona bu ali məktəbin Fəxri Professoru adı verilməsi haqqında qərar qəbul edilib.
HDU-nun rektoru Aleksandr Lunyov bildirib ki, təhsil sahəsində əməkdaşlıq müasir mərhələdə Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında münasibətlərin inkişafında mühüm yer tutur. 200-dən çox Azərbaycan vətəndaşı HDU-da iqtisadiyyatın müxtəlif sahələri üzrə peşə hazırlığı keçir. Bundan əlavə, Rusiyadan olan 70-dən çox bakalavr və magistr Azərbaycan dilini xarici dil kimi öyrənməklə HDU-da təhsil alıb. Rektor daha sonra qeyd edib ki, Həştərxandan olan tələbələr Bakı Slavyan Universitetində və Azərbaycan Dillər Universitetində dil təcrübəsi keçirlər.


Oxşar xəbərlər