Dövlət İmtahan Mərkəzi (DİM) 2016/2017-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində çap etdirib.
Jurnalda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə, rezidenturaya, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının, ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən təhsilin həm ümumilikdə ölkə üzrə, həm də ayrı-ayrı bölgələr və məktəblər üzrə göstəriciləri, bunların əsas parametrləri əhatəli şəkildə araşdırılıb, təkliflər və tövsiyələr verilib.
İmtahanların nəticələri əsasında ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu; bölgələr üzrə 2016-cı il məzunlarının qəbul və buraxılış imtahanlarındakı nəticələrinin təhlili; ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul; rezidenturaya qəbul; orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu; ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri; monitorinq imtahanları; qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlərin fəaliyyəti; “Tələbə-məzun” dövlət elektron məlumat sistemi; “Şagird-məzun” elektron məlumat sistemində müqayisəli statistik göstəricilər; dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi; DİM-in vətəndaşlara göstərdiyi elektron xidmətlər; 2016-cı ildə DİM-in müxtəlif istiqamətlər üzrə keçirdiyi imtahanlar və s. istiqamətlər üzrə də təhlillər aparılıb, müvafiq materiallar hazırlanıb və elektron versiyaya daxil edilib.
Jurnalı (+99412) 489 02 59 telefon nömrəsinə zəng etməklə və ya [email protected] ünvanına yazmaqla sifariş etmək mümkündür.
Nəşrin elektron versiyasını isə (pdf formatında) DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

Hüseyn Şərifov