Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edir. Belə ki, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il martın 14-dən aprelin 4-dək internet vasitəsilə aparılır.
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə mərkəzin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər). Müsabiqədə iştirak ödənişlidir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə keçirilən imtahanda iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər isə ərizəni təsdiqləmək üçün tələb olunan məbləği kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiqləndikdən sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır. Abituriyentin imtahanda dövlət büdcəsinin vəsaiti hesabına və ya ödənişli əsaslarla iştirak etməsi barədə məlumat “Abituriyentin elektron ərizəsi” proqramı tərəfindən abituriyentə təqdim olunur.
Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycanın ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər. Cari ilin məzunları üçün buraxılış imtahanlarının birinci mərhələsi respublikada iki istiqamət üzrə martın 5-də və 12 də keçirilib, sonuncu - üçüncü istiqamət üzrə imtahanlar martın 18-də keçiriləcək. Buraxılış imtahanının ikinci mərhələsi isə iyunda təşkil ediləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsini əvvəlki illərdə bitirən və təhsil haqqında sənəd alan və ya ümumi orta təhsil səviyyəsini Azərbaycanın hüdudlarından kənarda yerləşən təhsil müəssisələrində bitirən abituriyentlər isə müsabiqədə iştirak etmək üçün ana dili (Azərbaycan dili və ya rus dili) və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanının birinci mərhələsi aprelin 16-da, ikinci mərhələsi isə iyulda keçiriləcək.
Qəbul imtahanının birinci mərhələsində şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıqtipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı, 10 qapalıtipli, yəni verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıqtipli, ümumilikdə 30 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə iki saat vaxt ayrılır.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalıtipli test tapşırığı təqdim edilir. Test tapşırıqlarının cavablandırılmasına ümumilikdə 1 saat 30 dəqiqə vaxt ayrılır.
İxtisas seçimi buraxılış (qəbul) imtahanı (hər iki mərhələ üzrə) başa çatdıqdan sonra həyata keçirilir. İxtisas seçiminə ümumi balı 40-dan və hər bir fənn üzrə balı 20-dən az olmayan abituriyentlər buraxılır. Hər bir abituriyent müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçə bilər. İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı abituriyentin yerləşdirilməsi onun seçdiyi ixtisasların ardıcıllığı nəzərə alınmaqla qəbul planı çərçivəsində həyata keçirilir və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Müsabiqə abituriyentin buraxılış (qəbul) imtahanında topladığı ümumi bal əsasında aparılır.
Tələbə qəbulu elanının tam mətni ilə DİM-in rəsmi saytında tanış olmaq mümkündür.
Kəmalə Rəhimli