Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzinin “Seğah” muğam qrupu Türkiyənin Keçiörən Bələdiyyəsinin Təşkilatçılığı ilə keçirilən “VIII Uluslararası Ramazan Etkinlikləri”ndə müvəffəqiyyətlə çıxış edib.
Tədbirdə qrupun rəhbəri tarzən Elnur Əliyev, kaman ifaçısı Fərid Mehdiyev, nağara ifaçısı Elnur Əliyev, solist Könül Əmirəliyeva öz ifaları ilə seçiliblər.
Qrup “Azərbaycan evində” təşkil olunmuş tədbirdə də xalq mahnıları ilə çıxış edib. Könül Əmirəliyevanın ifasında səslənən “Qarabağ” şikəstəsi alqışlarla qarşılanıb.
Şənliklərdə Ankaranın valisi Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri, Türkiyə Millət vəkilləri iştirak ediblər.
Qastrol səfərində olduqları müddətdə qrup üzvlərinin Türkiyə Böyük Milli Məclisində millət vəkilləri ilə görüşləri,” Azərbaycan meydanında”, ”Xocalı abidəsi”nin ziyarəti də təşkil olunub.
Daha bir tədbir isə Ankaranın Pursaqlar bələdiyyəsi tərəfindən təşkil olunub. Belə ki, Türk dünyasının bõyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş Pursaqlar bələdiyyəsi və Avrasiya Ekonomik Ilişkiler tərəfindən təşkil olunmuş "Ozanların ve Şairlərin Dilindən Turkiyə - Azərbaycan Qardaşlıgı" şõlənində N.Nərimanov adına mədəniyyət mərkəzinin “Pöhrə” aşıqlar ansamblının rəhbəri Elməddin Məmmədli "Ruhani", "Baş müxəmməs" havalarını ifa edib.
Bundan əlavə, qeyd edək ki, N.Nərimanov adına mədəniyyət mərkəzinin "Rovşən "ritm qrupu 19 -25 iyun tarixlərində Rusiyanın Samara şəhərində keçiriləcək 14 -cü Beynəlxalq ritm festivalında iştirak edəcək.
Sumqayit Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti