Ziba Məcid qızı İbrahimovanın yubileyinə həsr olunmuş tədbir keçirilib

Ziba Məcid qızı İbrahimovanın yubileyinə həsr olunmuş tədbir keçirilib Qubadlı rayon İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü ilə Qubadlı rayon Mədəniyyət evinində qabaqcıl mədəniyyət işçisi, Mahmudlu kənd Mədəniyyət evinin direktoru Ziba Məcid qızı İbrahimovanın yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Eldar Xanlaroğlu, idarənin Qubadlı rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov, tanınmış yazarlar Firdovsi Cəfərxan, Mürvət Qədimov, Qaratel Azəri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın əməkdar artisti İzaməddin Bağırovun aparıcılığı ilə başlanan tədbirdə öncə Ziba İbrahimovanın həyatı və fəaliyyəti haqqında geniş məlumat verilib, video-çarx nümayiş olunub.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Xoşqədəm Alıyeva, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Qubadlı rayon nümayəndəliyinin baş məsləhətçisi İlham Əhmədov yubilyarı təbrik edərək xoş arzularını çatdırıb, Qubadlı Rayon İcra Hakimiyyətinin və Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin fəxri fərmanlarını təqdim ediblər.
Daha sonra tədbir tanınmış meyxanaçı Namiq Məna və Musiqili Komediya Teatrının aktyorlarının, eləcə də Qubadlı rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin, Mahmudlu kənd mədəniyyət evinin “Buta” rəqs qrupunun, “Pöhrə” xalq çalğı alətləri ansamblının və bədii-qiraət dərnəyinin üzvlərinin çıxışları ilə davam edib.
Sonda yubilyar çıxış edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürova və tədbir iştirakçılarına təşəkkür edib.
Yubiley tədbiri konsert proqramı ilə yekunlaşıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti


Ziba Məcid qızı İbrahimovanın yubileyinə həsr olunmuş tədbir keçirilib

Ziba Məcid qızı İbrahimovanın yubileyinə həsr olunmuş tədbir keçirilib

Ziba Məcid qızı İbrahimovanın yubileyinə həsr olunmuş tədbir keçirilib

Oxşar xəbərlər