Putindən casusluqla bağlı AÇIQLAMA: "Nalayiq hərəkətdir"

Putindən casusluqla bağlı AÇIQLAMA: Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiya ərazisində kəşfiyyat fəaliyyəti həyata keçirməsinə qarşı olmadığını, amma müttəfiqlərə qarşı casusluq etməyin nalayiq hərəkət olduğunu bildirib.
Bu barədə V.Putin "Showtime" kanalında göstərilən tanınmış rejissor Oliver Stouna müsahibəsində bildirib.
O, bu cavabı rejissorun ABŞ-ın çox güman Rusiya ilə bağlı kəşfiyyat həyata keçirəcəyinə dair atmacasının cavabında verib.
Eyni zamanda, onun sözlərinə görə, Rusiya xüsusi xidmət orqanları vətəndaşlarını izləmir və dinləmir, ABŞ-dan fərqli olaraq, Rusiyanın bu cür texniki imkanları yoxdur.
"Bizim belə texniki imkanlarımız yoxdur. Bu cür kütləvi əhatə dairəsi, şəbəkəmiz yoxdur. Bunu sizə tam məsuliyyətlə deyirəm", - V.Putin bildirib.
Rusiya prezidenti, həmçinin ölkəsinin xüsusi xidmət orqanlarının müxtəlif dini konfessiyaların nümayəndələri haqqında heç bir məlumat toplamadığını vurğulayıb.
"100% belə şey yoxdur. Bizdə heç vaxt İslam, xristianlıq, yəhudilik arasında münaqişə olmayıb. Özü də İslam icmasının nümayəndələri də Rusiya vətəndaşlarıdır. Onların bir vətəni var - Rusiya", - V.Putin xüsusi xidmət orqanlarının müsəlmanlar barədə məlumat toplamasıyla bağlı sualın cavabında deyib.

Təhsil-press.az

Oxşar xəbərlər