Putindən Türkiyə ilə bağlı önəmli açıqlama

Putindən Türkiyə ilə bağlı önəmli açıqlama “Rusiya ilə Türkiyənin münasibətləri normallaşıb”.

Tehsil-press.az-ın “Gazeta.ru”ya istinadən xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirdiyi mətbiat konfransında çıxışı zamanı bildirib.
“Bir neçə müddət öncə ikitərəfli əlaqələrimiz çətin sınaqdan keçdi. İndi əminliklə deyə bilərəm ki, Rusiya-Türkiyə əlaqələrinin bərpası prosesi yekunlaşıb və biz normal əməkdaşlıq münasibətlərinə qayıdırıq”, - deyə Putin vurğulayıb.

Təhsil-press.az

Oxşar xəbərlər