Putin ABŞ-ın qərarını “məntiqsiz” adlandırdı

Putin ABŞ-ın qərarını “məntiqsiz” adlandırdı Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyaya sanksiya qərarını “məntiqsiz” adlandırıb.
Təhsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, Putin bu qərarın Rusiya üçün ciddi önəm kəsb etmədiyinə işarə edib:
“Bizə hər zaman qadağalar qoyulub. İqtisadiyyatımız sanksiyalara görə 50 milyard dollar itirib, amma bizə sanksiya qoyan ölkələrin itkisi isə 100 milyard dollardır. Sanksiyaların bizə mənfi təsiri oldu. Amma beynimizi biraz daha yaxşı işlətməyimizə şərait yaratdı”.
Qeyd edək ki, ABŞ senatı 13 iyunda Rusiyaya sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini müzakirəyə çıxarıb. Layihə 2 əleyhinə və 97 lehinə səslə qəbul edilib.

Təhsil-press.az


Oxşar xəbərlər