Yaponiyada 197 min sakin təxliyyə xəbərdarlığı aldı - SƏBƏB?

Yaponiyada 197 min sakin təxliyyə xəbərdarlığı aldı - SƏBƏB? Yaponiyanın Sidzuoka prefekturasında Xamamatsu şəhərində 197 mindən artıq sakin təxliyyə olunmaqla bağlı tövsiyə alıb. Trend-in məlumatına görə, bu barədə şəhəriin inizbati idarəsi məlumat yayıb.
Şəhər rəhbərliyi tərəfindən təxliyyə tövsiyəsi güclü yağışlar səbəbindən verilib. Belə ki, güclü yağışlar nəticəsində prefektura ərazisində çayların daşması təhlükəsi yaranıb. Bundan başqa Sakit okean sahillərində də 30 min sakin eyni səbəbdən təxliyyə tovsiyyəsi alıb.

Təhsil-press.az

Oxşar xəbərlər