Yaponiyada zəlzələdə 50 nəfər xəsarət alıb

Yaponiyada zəlzələdə 50 nəfər xəsarət alıb Aprelin 14-də Yaponiyanın cənub-qərbində yerləşən Kyusyu adasında 6.4 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin Kumamoto şəhərində yerləşən episentrində yeraltı təkanların gücü 7 ballıq Yaponiya şkalası üzrə 7 bal təşkil edib.

Tehsil-press.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kumamoto şəhərindəki xəstəxanalara zəlzələ nəticəsində xəsarət alan 50 sakin müraciət edib. Qeyd edək ki, ölkədə sunami xəbərdarlığı elan olunmayıb.

tehsil-press.az

 

Oxşar xəbərlər