Paytaxtda taekvando idman növü üzrə IV Bakı Açıq Çempionatı keçirilib.
Yarışda Azərbaycan və Gürcüstanı təmsil edən 6-15 yaş arasında olan idmançılar mübarizə aparıb.
Turnirin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblərdə təhsil alan 49 şagird çempionatın qalibləri sırasında yer alıb. Müxtəlif çəki dərəcələri üzrə məktəblilərdən 14-ü I, 19-u II, 16-sı III yerə layiq görülüb.
Qeyd edək ki, yarışda Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbin 5, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 4, Cəbrayıl rayon Ə. Veysəlov adına Sirik kənd tam orta məktəbin 2, Laçın rayon 28 nömrəli tam orta məktəbin 1, “Ankara məktəbi” məktəb-liseyin 1 şagirdi və Gürcüstandan olan 2 idmançı da qaliblər sırasına düşüb.
Qaliblər medal və diplomla təltif edilib.
Xatırladaq ki, bir müddət əvvəl kikboksinq idman növü üzrə Gürcüstanda təşkil olunan Beynəlxalq Açıq Dünya Çempionatında BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb.

BŞTİ-nin Mətbuat Xidməti