IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib

IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.
İdman tədbirləri çərçivəsində Qazax rayon Olimpiya İdman Kompleksində boks, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının meydançasında atletika, Şəmkir rayon Olimpiya İdman Kompleksində sərbəst güləş, Sumqayıt Olimpiya İdman Kompleksində cüdo, "Şüa" İdman klubunda stolüstü tennis, Masallı Olimpiya İdman Kompleksində taekvando idman növləri üzrə zona yarışları keçirilib.
Ölkənin 30-a yaxın şəhər və rayonundan 1000 nəfərədək məktəblinin qatıldığı yarışlarda boks idman növü üzrə I yerə Gəncə şəhərinin, II yerə Şəmkir rayonunun, III yerə Qazax rayonunun, atletika idman növü üzrə I yerə Göygöl rayonunun, II yerə Mingəçevir şəhərinin, III yerə Ağdam rayonun, sərbəst güləş idman növü üzrə I yerə Şəmkir rayonunun, II yerə Gəncə şəhərinin, III yerə Ağdam rayonun, cüdo idman növü üzrə I yerə Sumqayıt şəhərinin, II yerə Siyəzən rayonunun, III yerə Xızı rayonunun, stolüstü tennis idman növü üzrə I yerə Nərimanov rayonunun, II yerə Nizami rayonunun, III yerə Qaradağ rayonunun, taekvando idman növü üzrə I yerə Masallı rayonunun, II yerə Lənkəran rayonunun, III yerə Biləsuvar rayonunun komandaları layiq görülüb.
Qaliblər diplom, medal və hədiyyələrlə təltif edilib.
Yarışların açılış mərasimlərində təhsil şöbələrinin, yerli icra orqanlarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirlərin bədii hissələrində idmançıların nümunəvi çıxışları olub, yaradıcılıq müəssisələrinin dərnək üzvləri konsert proqramları ilə çıxış ediblər.
Qeyd edək ki, kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.
Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə 6 mindən çox şagirdin qatılması gözlənilir.
Yarışlar aprelin 26-da başa çatacaqdır.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti


IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilibIV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilibIV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilibIV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilibIV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilibIV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri keçirilib

Oxşar xəbərlər