IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan yarışlar davam edir

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan yarışlar davam edir IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir.
Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların idmana marağının artırılması və məktəblilərin sağlam həyat tərzinə cəlb edilməsindən ibarətdir.
Hövsan Olimpiya İdman Kompleksində sərbəst güləş və Yunan-Roma, Şəmkir Olimpiya İdman Kompleksində basketbol, Biləsuvar Olimpiya İdman Kompleksində boks, Xaçmaz Olimpiya İdman Kompleksində stolüstü tennis idman növləri üzrə zona yarışları keçirilib.
600 nəfərdən çox məktəbli idmançının qatıldığı yarışlarda sərbəst güləş idman növü üzrə I yerə Qaradağ, II yerə Xəzər, III yerə Sabunçu, Yunan-Roma güləşi idman növü üzrə I yerə Nizami, II yerə Nərimanov, III yerə Xəzər, basketbol idman növü üzrə I yerə Gəncə, II yerə Göygöl, III yerə Mingəçevir, boks idman növü üzrə I yerə Biləsuvar, II yerə Lənkəran, III yerə Cəlilabad, stolüstü tennis idman növü üzrə I yerə Sumqayıt, II yerə Şabran, III yerə Xaçmaz rayon və şəhərlərin komandaları layiq görülüb.
Qaliblər diplom və medallarla təltif edilib.
Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla 6 zona və 11 idman növü - sərbəst güləş, Yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti

Oxşar xəbərlər