Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Məktəblərarası əməkdaşlıq” layihəsi çərçivəsində məntiq yarışları keçirilir.
BŞTİ-dən Tehsil-press.az-a bildiriblər ki, layihənin əsas məqsədi məktəblər arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaq və əməkdaşlıq əsasında təhsili daha da inkişaf etdirməkddir.
232 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə həyata keçirilən yarışlar şagirdlərdə məntiqi biliklərin genişləndirilməsi, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin aşkara çıxarılması və elmə marağının daha da artırılması baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif qruplar üzrə keçirilən yarışlarda paytaxtın 85, 87, 140, 178, 193, 232 və 327 nömrəli tam orta məktəblərinin komandaları iştirak edib. Yarışlarda komandalara birinci turda 10, ikinci turda yeddi, üçüncü turda isə beş məntiqi sual təqdim edilib. Qruplar üzrə yarışlarda 85, 193, 232 nömrəli məktəblərin “Zəfər”, “Şəhriyar” və “Uğur” komandaları qalibi olub.
Hər qrup üzrə yarışda birinci yerin qalibi olan komanda kubokla, ikinci və üçüncü yerləri tutan komandalar isə diplomla mükafatlandırılıb.
Məktəblilərarası məntiq yarışlarının qarşıdakı müddətdə kənd məktəbləri ilə birgə keçirilməsi nəzərdə tutulub. Məntiq yarışları may ayınadək davam edəcək.

Afət Abbasova