Hadisə Zəhradan yazdı - “Canım yanır...”

Hadisə Zəhradan yazdı - “Canım yanır...” 2 yaşlı Zəhra Quliyevanın erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsinə bəzi türkiyəli məşhurlar reaksiya veriblər.
Təhsil-press.az xəbər verir ki, müğənni Hadisə Zəhranın fotosunu paylaşaraq kədərini bölüşüb:
“Canım yanır... 2 yaşlı bir körpə... Kədərli ana... Bu, insanlığa sığmayan vəhşi hücumdur. Dilindən, dinindən və irqindən asılı olmayaraq bütün terror hücumlarını qınayıram. Buna son qoyun. Azərbaycana səbir diləyirəm”.
Xatırladaq ki, 2 yaşlı Zəhra Quliyeva iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirib.

Hadisə Zəhradan yazdı - “Canım yanır...”

Təhsil-press.az

Oxşar xəbərlər