Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitənin nümayəndə heyətinə iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı məlumat verilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı nümayəndə heyəti ilə görüşdə iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin hədəflənmiş şəkildə və qəsdən qumbaraatanlardan atəşə tutulması, nəticədə Allahverdiyeva Sahibə və onun iki yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak olması barədə qonaqlara məlumat verilib, Müvəkkil Elmira Süleymanovanın bu hadisə ilə bağlı bəyanatı Avropa Şurası nümayəndələrinə təqdim edilib.
Təhsil-press.az