Putin və Tramp G20 sammiti zamanı 2-ci dəfə görüşüblər

Putin və Tramp G20 sammiti zamanı 2-ci dəfə görüşüblər ABŞ və Rusiya prezidentləri Vladimir Putin və Donald Tramp Hamburqda G20 sammiti çərçivəsində təşkil edilən şam yeməyindən sonra qısa söhbət aparıblar.
Təhsil-press.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu haqda Ağ evin nümayəndəsi bildirib.
Qeyd olunur ki, söhbəti tam görüş kimi qiymətləndirmək olmaz.
Söhbət zamanı prezidentlər savayı yalnız rusiyalı tərcüməçi iştirak edib. Amerika liderinin tərcüməçisinin rus dilini bilmədiyi qeyd olunur.

Təhsil-press.az

Oxşar xəbərlər