Putin və Obama APEC sammitində söhbət ediblər

Putin və Obama APEC sammitində söhbət ediblər Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama arasında Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində qısa söhbət baş tutub. Tehsil-press.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib. Qeyd edək ki, Limadakı sammit Barak Obamanın prezident qismində keçirdiyi son beynəlxalq tədbirdir.

Tehsil-press.az

Oxşar xəbərlər