Milli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Milli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Milli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Abşeron rayon Xırdalan şəhər 11-illik musiqi məktəbində keçirilən tədbiri giriş sözü ilə Sumqayıt RMTİ-İN baş məsləhətçisi İlham Manafov açaraq ölməz bəstəkar Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığından geniş söhbət açıb. Daha sonra məktəbin müəllim və şagirdlərin ifasında bəstəkarın əsərlərindən ibarət musiqi nömrələri səslənib.
Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi qəsəbə sakinləri qarşısında dahi bəstəkarın əsərlərindən ibarət geniş konsert proqramı ilə çıxış edib. Konsertdə bəstəkarın həyat və yaradıcılığı geniş şəkildə işıqlandırılıb.
Qobu qəsəbə uşaq incəsənət məktəbində keçirilən tədbirdə Qobu Uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən ibarət musiqi parçaları ifa ediblər.
Sumqayıt şəhər Q.Qarayev və F.Əmirov adına adına uşaq musiqi məktəblərində keçirilən tədbirdə bəstəkarın yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra müəllim və şagirdlərin ifasında dahi bəstəkarın əsərləri ifa olunub.
Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbində keçirilən tədbirdə məktəbin direktoru Lətafət Müfidzadə, MKS-in direktoru Yeganə Əhmədova çıxış ediblər.
Daha sonra məktəbin müəllim və şagird kollektivinin ifasında dahi bəstəkarın əsərləri dinlənilib. Sonda tədbir iştirakçılarına MKS tərəfindən nümayiş olunan və Üzeyir bəyin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi haqqında məlumat verilib.
S.Rüstəmov adına uşaq incəsənət məktəblərində S.Vurğun adına kitabxananın incəsənət şöbəsi ilə birgə tədbir keçirilib. Məktəbdə Milli Musiqi gününün tarixi haqqında geniş məlumat verilib, dahi bəstəkarın əsərlərindən ibarət konsertlər keçirilib. Sonda tədbir iştirakçıları bəstəkarın həyat və yaradıcılığını əks etdirən kitab sərgisi ilə tanış olublar.
Zəngilan rayon Bartaz kənd, Mincivan Qəsəbə, Zəngilan şəhər uşaq musiqi məktəblərində də Üzeyir bəy Hacıbəylinin əsərlərindən ibarət konsert keçirilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti


Milli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilibMilli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilibMilli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilibMilli Musiqi günü və dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin anadan olmasının 132-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər