57 min insan təxliyə edildi

57 min insan təxliyə edildi İndoneziyanın Bali adasında Aqunq vulkanının püskürməsi təhlükəsi səbəbindən 57 min insan təxliyə edilib.
Dövlət humanitar yardımı çərçivəsində insanlara döşəklər, ədyallar və vulkanik qazlar və küldən qorunmaq üçün maskalar verilir.
Vulkanın təhlükə səviyyəsi cümə günü ən yüksək səviyyəyə qaldırılıb. Vulkanın ətrafını 12 kilometr məsafədə mühasirəyə alınıb.
Qeyd edək ki, Aqunq vulkanında sonuncu dəfə 1963-196-cü illərdə güclü püskürmə olub. Bu püskürmə nəticəsində 1100 nəfərə yaxın insan həlak olub.

Təhsil-press.az

Oxşar xəbərlər