Azərbaycana gələn əcnəbilərin sayı 23,1 faizdən çox artıb

Azərbaycana gələn əcnəbilərin sayı 23,1 faizdən çox artıb Bu ilin 8 ayı ərzində Azərbaycana gələn əcnəbilərin sayı ötən ilin 8 ayına nisbətən 23,1 faiz artıb.
Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 2016-cı ildə ölkəyə gələnlərin sayındakı artım 2015-ci ilə nisbətən 11,7 faiz təşkil edib.
Ə.Qarayev deyib ki, bu il yanvar-avqust aylarında ölkəyə 1 milyon 818 min nəfər gəlib: "Mövsümlə əlaqədar ölkəyə gələnlərin sayı azala bilər. Ona görə də mövsümilik aradan qaldırılmalıdır".
Nazir deyib ki, bu il yalnız iyul-avqust aylarında hotellərdə 860 mindən çox şəxs yerləşdirilib.

Tehsil-press.az

Oxşar xəbərlər