“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib “Neft Daşları” yatağındakı 602A saylı stasionar dəniz özülündən 2663 nömrəli quyu qazmadan sonra istismara verilib.
SOCAR-dan Təhsil-press.az-a verilən məlumata görə, quyu məhsuldar qat çöküntülərinin fasilə lay dəstəsindən qazlift üsulu ilə məhsul verib, 1090-1086 metr intervaldan sutkalıq 10 ton neft və 1000 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

Təhsil-press.az

Oxşar xəbərlər