“Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağında yeni quyu istismara verilib “Neft Daşları” yatağındakı 516A nömrəli estakadayanı meydançadan qazılmış 2248 nömrəli quyu istismara verilib.

Tehsil-press.az SOCAR-ın saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın X horizontuna qazılan quyu qazlift üsulu ilə məhsul verib, 615-605 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.


Tehsil-press.az

Oxşar xəbərlər