Kataloniyada səsvermə başa çatıb

Kataloniyada səsvermə başa çatıb Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.
Təhsil-press.az-ın verdiyi xəbərə görə, bu barədə bölgənin rəsmi nümayəndəsi Jordi Turul bildirib.
Onun sözlərinə görə, regionun əhalisinin sayı 7,5 milyon nəfərdir ki, Kataloniyada isə 5,3 milyon insan səsvermə hüququna malikdir: “Rəy sorğularına görə, seçicilərin 41%-i muxtariyyətin müstəqilliyinin lehinə, 49%-i isə əleyhinə səs verib”.
Qeyd edək ki, Kataloniyada müstəqilliklə bağlı keçirilən referendum Madrid hökuməti tərəfindən qanunsuz hesab olunub. Səsvermə zamanı qarşıdurma baş verib, 761 nəfər yaralanıb.

Təhsil-press.az

Oxşar xəbərlər