Ərdoğan prezident idarə formasına keçidin vaxtını açıqladı

Ərdoğan prezident idarə formasına keçidin vaxtını açıqladı "Türkiyə öz tarixində idarə sistemi ilə bağlı tarixi qərar qəbul etdi"

Təhsil-press.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Prezidentin sözlərinə görə, prezident idarə formasına keçidini nəzərdə tutan dəyişiklikləri ilə əlaqədar referendumda 25 milyon türk seçicisi konstitusiyaya düzəlişlərin lehinə səs verib.
Türkə prezidenti bildirib: "Bu islahatlar Türkiyənin tarixində ən vacibləridir. Türk xalqı belə mühüm dəyişikliklərin lehinə çıxış etdi".
Ərdoğan bildirib ki, referendumun bəzi bəndləri dərhal qüvvəyə minəcək: "2019-ci ildə prezident seçkiləri ilə birgə prezident idarə forması tətbiq ediləcək".
İlkin məlumatlara görə, konstitusiyaya düzəlişlərinin lehinə seçicilərin 51,33 faizi səs verib.
Seçicilərin 84 faizi səsvermədə iştirak edib.
Ölkənin prezident idarə formasına keçidini nəzərdə tutan konstitusiya dəyişiklikləri ilə əlaqədar referendumda 55 milyona yaxın seçiçi iştirak edə bilər.
Türkiyə xaricində yaşayan 3 milyona yaxın seçici dünyanın 57 ölkəsində səs verib.
Qeyd edək ki, ölkə xaricində səsvermə prosesi martın 27-dən aprelin 9-dək baş tutub. Sərhəd-keçid məntəqələrində isə martın 27-si başlayan səsvermə aprelin 16-dək davam edəcək.

Təhsil-press.az

Oxşar xəbərlər