Bakı metrosunda ölüm hadisəsi

Bakı metrosunda ölüm hadisəsi Bakı Metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.
Hadisə metronun "Koroğlu" stansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.
Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən halı qəfil pisləşib və o, yıxılaraq dünyasını dəyişib.
Ətrafdakı insanlar hadisə yerinə "təcili yardım" maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.
Buna baxmayaraq, Nizami Rayon Polis İdarəsinin əməkdaşları meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil veriblər.

Təhsil-press.az

Oxşar xəbərlər