Zəlzələdən sonra daşqınlar Meksikanı "batırdı" - 2 ölü

Zəlzələdən sonra daşqınlar Meksikanı Meksikanı zəlzələdən sonra indi də sel suları qərq edib. Ölkənin şimalında biri uşaq olmaqla 2 nəfər daşqınlar nəticəsində həlak olub.
Son məlumata görə, Tamaulipas ştatında 18 min sakin daşqınlardan ziyan çəkib.
Ştatın Xilasetmə Xidmətindən verilən məlumata görə, dərhal müvafiq tədbirlərə başlanılıb və 330-dan artıq sakin təxliyə edilib. Kəskin hava şəraitində vətəndaşların Rusiya istehsalı olan "Ural" yük maşınları ilə daşındığı bildirilir.
Xidmətdən verilən məlumata görə, daha çox Altamira şəhəri daşqınlardan əziyyət çəkib.

Təhsil-press.az

Oxşar xəbərlər