Nigerdə baş vermiş daşqınlar nəticəsində ən azı 38 nəfər həlak olub

Nigerdə baş vermiş daşqınlar nəticəsində ən azı 38 nəfər həlak olub Nigerdə baş vermiş daşqınlar nəticəsində ən azı 38 nəfər həlak olub və 92 000 insan evsiz qalıb.

Tehsil-press.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, daşqınlar ən çox Tahua və Aqades rayonlarına zərər vurub. Verilən məlumata görə, daşqınlar nəticəsində 9000 ev dağılıb və 26 000 baş mal-qara tələf olub. Evlərini məcbur tərk edən insanları məktəblərə və ayrı ictimai binalara yerləşdirirlər.
Nigerdə quraqlığın ardınca gələn mövsümi yağışlar ölkəyə ciddi ziyan vurur. OON-un qiymətləndirməsinə görə, ilin axırınacan daşqınlar 100 000 insanı evsiz qoya bilər. Ötən il Nigerdə baş vermiş daşqınlar nəticəsində onlarla insan həlak olub, 103 000 isə evsiz qalıb.


Tehsil-press.az

Oxşar xəbərlər