Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb

Azərbaycan neftinin SON QİYMƏTİ - Cüzi bahalaşıb [CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 56,99 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,02 dollar/barel çoxdur. Bu barədə Tehsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 9-da 56,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,01 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 9-da 54,21 dollar/barel təşkil edib ki, Tehsil-press.az-a görə, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 9-da 55,37 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.

Tehsil-press.az

Oxşar xəbərlər