Azərbaycan neftinin SON QİYMƏTİ - 59 dolları ötdü

Azərbaycan neftinin SON QİYMƏTİ - 59 dolları ötdü CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 59,12 dollar/barel təşkil edib ki, bu da ötən cümə axşamına olan göstəricidən 0,04 dollar/barel çoxdur. Bu barədə Təhsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 22-də 58,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,04 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 22-də 54,9 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 22-də 57,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər