“Hər an ölə bilərəm” - Xərçəngdən əziyyət çəkən aparıcı

“Hər an ölə bilərəm” - Xərçəngdən əziyyət çəkən aparıcı Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova əməliyyata hazırlaşır.
Tehsil-press.az xəbər verir ki, bu barədə Yenicag.az-a Zümrüd Qasımova açıqlama verib.
“Düz 6 ildən sonra qərara gəldim ki, üçüncü dəfə əməliyyat olunum. Çox riskli və ağır əməliyyatdır. Hər an ölə bilərəm. Həkimlər bu əməliyyatın ağır olduğunu söylədi və təkidlə bu fikrimdən əl çəkməyimi istədilər. Həyat yoldaşım da buna razılıq vermir, çünki bilir ki, bu, mənim həyatım üçün təhlükəlidir. Lakin mən öz fikrimdə qətiyəm. Nə həyat yoldaşım, nə də həkimlər məni fikrimdən döndərə bilmədilər. Nədən əməliyyat olunacağımı demək istəmirəm. Buna görə ayın sonunda Türkiyəyə gedəcəm”, - deyə aparıcı bildirib.
Qeyd edək ki, aktrisa döş xərçəngindən əziyyət çəkir və buna görə iki dəfə əməliyyat olunub.

Tehsil-press.az


Oxşar xəbərlər