Bakıda tarixi açılış: bu, Ermənistana hansı zərbəni vurur...

Bakıda tarixi açılış: bu, Ermənistana hansı zərbəni vurur... “Ermənistan nəqliyyat izolyasiyası şəraitindədir və Dağlıq Qarabağ ətrafında münaqişənin davam etməsi şərti daxilində dəmiryol marşrutlarının şaxələndirilməsi Azərbaycan üçün strateji vəzifə idi. Bunun əsasında Ermənistandan yan ötməklə Türkiyəyə çıxış dayanır. Ona görə də Ermənistan üçün Bakı-Tiflis-Qars dəmir yolu sərfəli deyil: bu, həmin ölkənin nəqliyyat təcridini gücləndirir, daha doğrusu burası dəqiqdir ki, həmin izolyasiyanın aradan qaldırılmasına heç cür kömək etmir”.
Bu fikirləri Qazaxıstan prezidenti yanında dünya siyasəti və iqtisadiyyatı İnstitutunun Almata ofisinin rəhbəri Askar Nurşa “Sputnik Qazaxıstan” agentliyinə müsahibəsində ifadə edib.
Ekspertə görə bu layihədən heç İranın da xoşu gəlmir. Çünki İran Cənubi Qafqazda türk amilinin güclənməsini istəməzdi. Habelə ehtimal var ki, bu yolun açılması Qərbin Azərbaycanda iştirakını da gücləndirə bilər, o cümlədən hərbi iştirakını.
Askar Nurşa deyir ki, Bakı-Tiflis-Qars tikilməyə başlayanda layihə çox siyasiləşmişdi və bunun iqtisadi yox, geosiyasi layihə olduğu, o cümlədən Rusiyanın regiondakı təsirini azaltmağa hesablandığı deyilirdi. Bu səbəbdən layihədən Rusiyanın da xoşu gəlmirdi. İndi isə geosiyasi kontekst dəyişib, Rusiya Türkiyə ilə yaxın əməkdaşlıq edir. Eyni zamanda Rusiya Azərbaycanla Ermənistan arasında əsas vasitəçidir. Bu baxımdan hazırda layihə ilə bağlı iqtisadi praqmatika daha çox üstünlük təşkil edir.

Bakıda tarixi açılış: bu, Ermənistana hansı zərbəni vurur...

* * *12:19
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Bakıda tarixi açılış: bu, Ermənistana hansı zərbəni vurur...

* * *11:26
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradan Azərbaycana yola düşüb. "Anadolu" xəbər verir ki, onu Esenboğa hava limanından Bakıya dövlət və hökumət rəsmiləri yola salıb.
Türkiyə prezidentinin Azərbaycana səfəri iki gün davam edəcək.
Qeyd edək ki, R.T.Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Georgi Kvirkaşvili ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq.
Oktyabrın 31-də isə Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında ikitərəfli görüş keçiriləcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsi başda olmaqla bölgədə və beynəlxalq aləmdə baş verən hadisələr müzakirə ediləcək. Eyni zamanda iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığa dair sənədlər imzalanacaq.
Bundan başqa, Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri iclasda iştirak edəcək.
R.T.Ərdoğanın Bakıya səfəri Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf edir.

Tehsil-press.az



Oxşar xəbərlər