Paytaxtdakı ət dükanlarında reyd keçirilib
Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Bakı şəhər Baytarlıq İdarəsinin əməkdaşları ilə oktyabrın 28-də paytaxtın Xətai və Binəqədi rayonları ərazisində fəaliyyət göstərən ət satışı məntəqələrində növbəti birgə reyd keçiriblər.
Reyd zamanı bir neçə mağaza sahibi – Xətai rayonu ərazisində Bakı şəhər sakinləri Səbuhi Hümbətov və İlham Nəsirov, Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisində isə Vahid Məmmədov ət satışı mağazalarında baytarlıq haqqında qanunvericiliyin tələblərini pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.
Tehsil-press.az