Naxçıvan sakini Bakıda qohumunu öldürdü

Naxçıvan sakini Bakıda qohumunu öldürdü Bakıda daha bir qətl törədilib.

Xətai Rayon Prokurorluğundan tehsil-press.az-a verilən məlumata görə, Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R. Cəfərov hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsinin 34-cü bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T. Fərəcov tutulub.

Tehsil-press.az

Oxşar xəbərlər