İspaniyanın Kataloniya muxtariyyətinin keçmiş rəhbəri Karles Puçdemon və hökumətin keçmiş 8 naziri haqqında İspaniya Ali Məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb.
Hazırda Belçikada olan Puçdemonun və nazirlərin həbs edilməsi üçün Avropa İttifaqına da müraciət edilib.
Katalon liderin vəkili Puçdemonun hazırda məhkəməyə gəlməsi üçün şəraitin uyğun olmadığını açıqlayıb. Nazirlərdən bir neçəsi isə video-konfrans yolu ilə məhkəmədə ifadə verə biləcəklərini bildiriblər.
Qeyd edək ki, Kataloniyada hökumətin və müstəqillik qətnaməsinin ləğv edilməsindən sonra Karles Puçdemon Belçikaya qaçmışdı.
Tehsil-press.az