Ötən gündən etibarən bəzi KİV-lərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun beyin insultu keçirməsi ilə bağlı xəbərlər yayılıb.
Bakı merinin müalicə üçün Almaniyaya aparıldığı vurğulanır.
Məsələni dəqiqləşdirmək üçün BŞİH-nin Mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ilə əlaqə saxlayıb. O bildirib ki, KİV yalan informasiya yayıb: “Şükürlər olsun ki, Hacıbala müəllim yaxşıdır. Hər hansı xəstəliyi yoxdur. Hazırda da işinin başındadır. Allah hamımızı pis xəstəliklərdən uzaq eləsin”.
***
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Unikal.org-a açıqlama verib:
"Mən hazırda işimin başındayam. Səhhətim də isə heç bir problem yoxdur. Hazırda müdrüklükdən müqəddəslik zirvəsinə qədər ucalmış, Ulu Öndər Heydər Əliyevi ziyarətdən gəlirəm. Mən nəinki şeytanı mələyə çevirmək istəyənlərə, özləri ilə bacaran, taleyləri ilə razılaşan insanlara, hətta şeytana da sağlam və xoşbəxt həyat diləyirəm. Nə olub axı? Xəstələnməmişəm. Sağlam insana şəfa diləməzlər. Məni sevən və sevməyən insanlara xoşbəxt həyat, can sağlığı arzu edirəm."
Tehsil-press.az