Müğənni Əli Mirəliyevi mərhum xalq artistiİlhamə Quliyevanın evində baş verən oğurluq hadisəsinə münasibət bildirib.
Tehsil-press.az-a açıqlama verənƏli Mirəliyev bildirib ki, İ.Quliyevanın evinin açarı oğlu Orxan Nadirovdan başqa heç kimdə yoxdur:
"Açar Orxandan başqa heç kimdə yoxdur. Özləri bilər. Amma o boyda sənətkar ölüb, məni onun tası, tavası, paltarı maraqlandırmır. Oğurluq söhbəti də boş şeydir. Ölüb basdırmışıq vəssalam. Yetimin malını heç kəs yeyə bilməz. Mən belə düşünürəm. Görüm kimsə nəsə aparıbsa, elə İlhamə kimi canı ağrıya-ağrıya geyinsin".
Xatırladaq ki, xalq artistinin bacısı Gülbahar Quliyeva lent.az-a açıqlamasında mərhum sənətçinin evindən oğurluq edildiyini bildirib. Onun sözlərinə görə, artıq bu hadisəylə bağlı Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət olunub: "İlhamə Quliyeva dünyasını dəyişəndən sonra evdən bir çox əşyalar itdi. Baş Prokurorluğa və Bakı Şəhər Prokurorluğuna müraciət etdim. Amma hələ bir cavab yoxdur. Evdən bir çox şeylər yoxa çıxıb. Nələrin itdiyini isə bir-bir açıqlamaq istəmirəm. Söhbət onun mirasından getmir. Biz gözləməmişik ki, İlhamə xanım ölsün, malı-mülkü bizə qalsın. Amma bu oğurluğun, pisliyin üstü açılmalıdır".
Tehsil-press.az