FETÖ terror təşkilatı üzvlərinin işlərini araşdıran Ankara məhkəməsi Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edərək FETÖ rəhbərliyində təmsil olunan 45 şəxsin 22 ölkədən ekstradisiyasına dair sorğu hazırlamağı tələb edib.
Sorğuların əksəriyyəti (FETÖ rəhbəri Fətullah Gülən daxil olmaqla, 15 nəfərə dair) ABŞ-a göndəriləcək. Sorğuların göndəriləcəyi ölkələr siyahısında həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kamboca, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, Toqo, Mərkəzi Afrika Respublikası, Misir və Burkina-Faso yer alıb.
Şübhəli şəxslərdən 3 nəfər barəsində sorğu eyni vaxtda bir neçə ölkəyə göndəriləcək.
Ekstradisiyası tələb edilən FETÖ liderlərinin siyahısında isə Qazaxıstanda fəaliyyət göstərən Mustafa Öcalan (“İmam Balkan”), Norveçdə Süleyman Uysal (“İmam FETÖ”), Niderlanda “imam” Nejdət Başaran, Mərkəzi Afrika Respublikasında FETÖ Məşvərət Komitəsinin üzvü Naci Tosun və digərləri yer alıb.
Tehsil-press.az