Türkiyənin baş naziri Binali Yıldırım Fəthullah (FETÖ) Terror Təşkilatının üzvlərini ölkədə ikinci çevriliş cəhdi imkanı barədə şayiələr yaymaqda ittiham edib.
Tehsil-press.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb. Daha əvvəl bir sıra türk KİV-i bildirmişdi ki, Türkiyə hökuməti daha bir çevriliş cəhdindən ehtiyat edir.
"Deyirlər ki, yeni çevriliş cəhdi gözlənilir, guya bu cəhd bu gecə və ya sabah olacaq… Bu yalan və FETÖ-nün cəmiyyətdə həyəcan yaratmaq üçün yaydığı şayiədir”, - deyə Yıldırım şənbə günü jurnalistlərə bildirib. O həmçinin əlavə edib ki, hökumət belə cəhdlərin qarşısını almaq üçün bütün zəruri tədbirləri görür.
Xatırladaq ki, 16 iyul gecəsi Türkiyədə bir qrup qiyamçı hərbi devrilişə cəhd etmişdi. Əsas qarşıdurma Ankarada və İstanbulda yaşanmış, nəticədə 240-dan çox türk vətəndaşı həlak olmuş, 2 mindən çox insan yaralanmış, qiyam yatırdılmışdı.
Türkiyə hakimiyyəti çevriliş cəhdinə görə ABŞ-da yaşayan Fəthullah Güləni və tərəfdarlarını suçlayaraq, rəsmi Vaşinqtondan onun ekstradisiyasını tələb edir.
Tehsil-press.az