Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev Milli Məclisdə “Silahlı Qüvvələr haqqında” yeni qanun layihəsinin müzakirəsində deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.
K. Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqlardan danışıb: “Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu həssas məsələdir. Biz müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir.
Biz də ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə onu qəbul etməyə hazırıq. 50- dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər.
Ombudsman aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir.
Burada müddətdən artıq hərbui xidmət keçmiş şəxslərə nəzarət etmək barədə danışıldı. Həmin şəxslər hərbi hissəyə qəbul olunurlar. Bizdə bu sistemli şəkildə həyata keçirilir. Onlar tam şəkildə müvafiq qurumların yoxlamalarından keçirlər. Bu gün müddətdən artıq hərbi xidmət keçən qulluqçular orduda 70 faiz təşkil edir. Əksəriyyəti professional insanlardır. Düzdür, ən bahalı texnikayla onları təchiz edirik. Bu gün də bu məsələ ilə bağlı ciddi şəkildə işlər aparılır”.
Spiker Oqtay Əsədov bildirib ki, Milli Məclis Azərbaycan orduusundakı hər bir məsələyə görə cavabdeh daşıyır:
“Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdırarıq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar”.
Tehsil-press.az