Rusiya Müdafiə Nazirliyi ABŞ-ın Avropadakı qoşunlarının komandanı, NATO Birləşmiş Silahlı Qüvvələrinin Ali Baş komandanı Kertis Skaparrottinin Senatın hərbi işlər komitəsindəki dinləmələr zamanı Rusiyanın dünyadakı münaqişələrin həllində destabilizəedici rolunun olması barədə bəyanatına münasibət bildirib.
Təhsil-press.az bildirir ki, Rusiya MN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov NATO generalının rəsmi Moskvanın ünvanına səsləndirdiyi ittihamları absurd adlandırıb.
"General Skaparottinin Rusiyanın ünvanına olan ittihamlarla məruzəsini ciddi analiz etməyə ehtiyac yoxdur. Skaparrottiyə qədər də onun xələfi, hazırda təqaüdçü olan Filip Bridlav da həmin ittihamları səsləndirirdi. Heç bir fakt, konkret rəqəm və ya sənədlər yoxdur, eyni lozunqlar, lakin indi yeni üzlükdə, absurd ittihamlardır. Bu tamaşadan başqa bir şey gözləməyə də dəyməz. Çünki, Skaparrotinin imtahan götürəni silahlı qüvvələr üzrə senat komitəsinin rəhbəri heç də adekvat olmayan "Rusiyanın dostu" Con Makkeyndir",deyə İqor Konoşenkov vurğulayıb.
Qeyd edək ki, Kertis Skaparttinin Senatın hərbi işlər komitəsindəki dinləmələr zamanı məruzəsində Rusiyanın keçmiş sovet respublikalarındakı münaqişələrin, o cümlədən Qarabağ münaqişəsinin nizamlanmasını əngəllədiyini bildirib.
NATO generalı "ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı və NATO Rusiyadan İŞİD-ə kimi dəyişən təhdidlər" adlı məruzəsində Rusiyanı öz fəaliyyətində hərbi alətlərlə yanaşı dezinformasiya və ictimai rəyin manipulyasiyasından da istifadə etdiyini vurğulayıb. O, Moskvanın ABŞ, Fransa və digər ölkələrdə seçkilərə müdaxilə cəhdlərini xatırladıb. Skaparotti Rusiyanın Əfqanıstanda "Taliban" terror təşkilatına da dəstək verdiyini, onu silahla təchiz etməyə başladığını deyib.
Təhsil-press.az