Nikahdankənar doğulan 15 günlük körpə sahibsiz qaldı

Nikahdankənar doğulan 15 günlük körpə sahibsiz qaldı Azərbaycanda 15 günlük körpə kimsəsiz qalıb. Uşaq dekabrın 6-da dünyaya gəlib. Ancaq ana uşağı qeyri-qanuni dünyaya gətirdiyi üçün ona sahib çıxmır. Körpənin anası əvvəl evli olub, boşandıqdan sonra başqası ilə münasibət qurub.
Qızın valideynləri onun uşaq dünyaya gətirməsindən xəbərsizdirlər.
Hadisə barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumatlandırılıb.
Qeyd edək ki, sözügedən xanımın ailəsi məsələdən xəbərsiz olduğu üçün adını və hadisənin hansı rayonda baş verdiyini yazmırıq.

Təhsil-press.az


Oxşar xəbərlər