Türkiyədə İ.G adlı azərbaycanlı iş adamı 2 həmyerlisinin onu silahla təhdid etdiyini əsas gətirərək polisə müraciət edib.
İş adamının sözlərinə görə, həmin şəxslər Glock markalı silahla hədə-qorxu gələrək ondan “Mercedes” markalı avtomobilini, 27 min dollar dəyərindəki 2 qol saatını alıblar. Qırx min dollar müqabilində isə aldıqlarını geri qaytaracaqlarını bildiriblər.
Polisin keçirdiyi əməliyyat çərçivəsində xuliqanlıq edən şəxslərlə iş adamının Fatihdəki AVM-lərin birində görüşü təşkil edilib. Kafedə baş tutan görüşdə 2 azərbaycanlı və onlara yardım edən 2 Türkiyə vətəndaşı saxlanılıb.
Azərbaycanlılar məhkəməyə çıxarılıblar və haqlarında həbs qərarı verilib.
Təhsil-press.az