“Günel Rzadan yaxşı canını qurtarıb”

“Günel Rzadan yaxşı canını qurtarıb” Türkiyəli aktrisa-aparıcı Berna Laçin ABŞ-da həbsdə olan Rza Zərrabla bağlı tvitterdə paylaşım edib.
Berna azərbaycanlı müğənni, iş adamının eks-sevgilisi Günel Zeynalovaya da dəstək olub.
O, sənətçinin vaxtı ilə Rzadan ayrılmasının doğru olduğunu qeyd edib:
“Ağlıma gəldi, 10 il əvvəl Rza ilə müğənni Günel sevgili idi. Günel tərk edilib, üstəlik 6 ay həbsə məhkum edilmişdi. Hər şeydə bir xeyir var. Yaxşı canını qurtarıb”.
Qeyd edək ki, R. Zərrabla Günel 8 il eşq yaşayıb. Cütlük qalmaqallı bir şəkildə ayrılmışdı. Hətta Günel iş adamına “Başına silahla vuraram” dediyi üçün 6 ay həbs cəzası almışdı.

Tehsil-press.az

Oxşar xəbərlər